Peşəkar Futbol Liqası hakimlərimizə qiymət verdi
17 Avqust 2009 Bazar Ertəsi 19:00
Çempionatın ilk turunun ən zəif fit sahibi Rövşən Əhmədov hesab olunub

 

XVIII Azərbaycan çempionatının ilk turunun oyunlarını idarə edən hakimlər Peşəkar Futbol Liqası tərəfindən qiymətləndiriliblər. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, ən yüksək qiyməti “Olimpik-Şüvəlan” - “Neftçi” matçını idarə edən Vüsal Əliyev alıb. Belə ki, onun işi 8,2 bal ilə dəyərləndirilib.

Müvafiq olaraq “İnter” - “Karvan”, “Muğan” - “Standart” oyunlarının baş hakimləri Anar Salmanov və Fariz Yusifov 8,1 balla qiymətləndiriliblər. Ən aşağı qiymətə isə “Qəbələ”-“Simurq” matçını idarə etmiş Rövşən Əhmədov layiq görülüb-7,9 bal. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar