Peşəkar boksçu oğruların əlində aciz qaldı
27 May 2010 Cümə Axşamı 12:35
Natalya Raqozinanın əl çantası oğurlanıb.
Qadın peşəkar boksu üzrə dəfələrlə dünya çempionu olan rusiyalı Natalya Raqozinanın əl çantası oğurlanıb. Oğrular peşəkar boksçunun əl çantasını götürərək qaçıblar. Raqozinanın çantasının içində şəxsi əşyaları, 10 min dollar pulu, avtomobilinin açarı və pasportu olub.

Məşhur boksçu oğlu İvan üçün paltar almaq üçün uşaq geyimləri mağazasına baş çəkibmiş. Əl çantasını masa üzərinə qoyub paltar seçməyə gedən Raqozina qayıdarkən çantanı yerində görməyib.

Mağazanın təhlükəsizlik kameralarındakı videoyazıları araşdıran milis işçiləri iki qadından şübhələniblər. Həmin qadınların qafqazlı olduqları bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar