Peşəkar boksçu Mlunqisi Dlamini həlak oldu
01 Fevral 2010 Bazar Ertəsi 17:25
Peşəkar boksçu Mlunqisi Dlamini avtomobil qəzasına düşüb
Cənubi Afrikanın peşəkar boksçusu Mlunqisi Dlamini avtomobil qəzası nəticəsində həlak olub. İnsident CAR-ın Harrismit şəhəri yaxınlığında baş verib.

Peçəkar boksçu bu il WBA versiyası üzrə döyüş keçirməyi planlaşdırırdı. Təşkilatçılar çempionluq uğrunda döyüşü aprel ayına təyin etmişdilər.

Xatırladaq ki, 27 yaşlı Dlamini karyerası ərzində peşəkar rinqdə 22 döyüş keçirib. Bu döyüşlərdən 21-də qələbə qazanan idmançı bir dəfə heç-heçə edib. O, görüşlərindən 13-nü nokautla başa vurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar