Pele Neymara məsləhət verdi
20 Fevral 2013 Çərşənbə 16:37
Futbol kralı Pele braziliyalı futbolçu Neymara “Barselona”da oynamağı məsləhət gördü.
Braziliya futbolunun canlı əfsanəsi Pele “Santos”un və Braziliya yığmasının hücumçusu Neymara "Barselona"da oynamağı məsləhət görüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baxmayaraq ki, futbolçuya “Mançester Siti”dən daha əlverişli təklif gəlib Pele “Barselona”nı daha üstün tutub.

“İtaliya, Almaniya, İngiltərə çempionatlarında daha güclü mübarizə gedir, çünki hakimlər oynamağa şərait yaradırlar. Mən hesab edirəm ki, “Barselona”da oynamaq Neymar üçün daha əlverişli olar. O, çox parlaq oyunçudur, amma Braziliyadan kənarda təcrübəsi azdır. Beynəlxalq oyunlarda Neymar daxili arenalarda olduğu qədər yaxşı təsir bağışlamır”, - deyə Pele vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Mançester Siti” də Braziliya yığmasının forvardı Neymara görə 55 mln funt sterlinq vermək niyyətində olduğunu açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar