Pele Maradona və Messiyə sataşdı
09 Noyabr 2011 Çərşənbə 23:33
"Futbol kralı" yenidən həmyerlisi Neymarı tərifləyib.
Dünya futbolunun canlı əfsanələrindən olan Pele “Santos” klubunun gənc futbolçusu Neymarla bağlı öz fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, "Futbol kralı" Neymarın dünyanın ən yaxşı futbolçularından biri olacağını deyib.

Pele həmişə olduğu kimi Maradonaya və onun həmyerlisi Messiyə də söz atıb: "Hər kəs Messi ve Maradonanın bacarığından danışır. Amma Neymar hər ikisindən də yaxşı futbolçu olacaq”.

Xatırladaq ki, Neymar Avropanın böyük klublarının hədəfindədir. Bu məsələdə “Real” və “Barselona” digərlərindən daha fəaldır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar