Pele Gürcüstana gəlir
02 Avqust 2011 Çərşənbə Axşamı 11:15
Futbol kralı Pele bu ölkəyə Dünya-Çempionatı-2014-ün səfiri kimi gələcək.
Dünya futbolunun əfsanəsi Pele Dünya Çempionatı-2014-ün səfiri qismində Gürcüstana səfər edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İşgüzar Əlaqələr, Turizm, İdman və Mədəniyyət Beynəlxalq Fonduna Pelenin nümayəndəsi adından rəsmi məktub daxil olub. “Futbolun kralı”nın noyabrın 23-24-də Gürcüstana səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstan Pelenin Dünya Çempionatı-2014-ün səfiri kimi baş çəkəcəyi ilk ölkə olacaq. Braziliyalı futbol əfsanəsi Gürcüstandan sonra Fransa, Almaniya, İngilərə və başqa öləkələrə də səfər edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar