Patimat Baqomedova AÇ-nin gümüş medalını qazandı
22 İyun 2012 Cümə 13:07
Təmsilçimiz Patimat Baqomedova finalda Almaniya təmsilçisinə uduzub.
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, ötən gün sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.

51 kq çəki dərəcəsində Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. Təmsilçimiz ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Baqomedova Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəsində 48, 55, 63 və 72 kq çəkidə görüşlər keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar