Paşa Sığorta ölkə futboluna dəstək olacaq
07 May 2011 Şənbə 20:35
Paşa Sığorta “Azərbaycan Futbolu İrəli!” kampaniyasına start verir.
“Paşa Sığorta” şirkəti “Azərbaycan Futbolu İrəli!” şüarı altında milli reklam kampaniyasına başlayıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya Azərbaycan futbolunun hər bir azarkeşinin səbirsizliklə gözlədiyi ən mühüm hadisə ərəfəsində başlayacaq – bu hadisə Avropa futbol çempionatının seçim turu daxilində Azərbaycan – Almaniya yığma komandaları arasında 7 İyun tarixində Bakıda keçiriləcək matçdır.
Reklam kampaniyası “Paşa Sığorta” və Azərbaycan Futbol Federasiyalarının Assosiasiyası (AFFA) arasındakı tərəfdaşlıq çərçivəsində həyata keçirilir və əsas məqsədi Azərbaycanda futbol hərəkatının təbliğatını dəstəkləməkdir. Futbol mövzusuna həsr edilmiş, üzərində “Azərbaycan Futbolu İrəli!” şüarı və “Paşa Sığorta” şirkətinin və AFFA-nın loqotipləri əks etdirilmiş reklam daşıyıcıları başlayan kampaniyanın əsas elementi olacaqdır.
“Azərbaycan Futbolu İrəli!” kampaniyası iki ay müddətində davam edəcək və küçə reklam bazarı vasitəsilə billbordlar və transparatnlarla, həmçinin aparıcı çap nəşriyyatlarında reklamlar və paytaxtın biznes-mərkəzləri daxilində reklam daşıyıcıları vasitəsilə dəstəklənəcək.
Qeyd edək ki, “Paşa Holdinq” qrupunun üzvü olan “Paşa Sığorta” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmətlər təklif edir. 30 milyon manat məbləğində nizamnamə kapitalı və 45 milyon manat dəyərində məcmu aktivlərə malik “Paşa Sığorta” şirkəti kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta bazarında aparıcı yer tutur. “Paşa Sığorta” şirkəti 2010-cu ildən etibarən AFFA-nın rəsmi sığortaçısıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: