Parxomenko İtaliyada “at oynadır”
16 Noyabr 2009 Bazar Ertəsi 16:45
Parxomenko İtaliyada “at oynadır”. Onun çıxış etdiyi "Dinamo" klubu son yoxlama oyununda da qalib gəlib.
Azərbaycan voleybolçusu Oksana Parxomenkonun şərəfini qoruduğu Moskvanın “Dinamo” komandası İtaliyada son yoxlama oyununu keçirib. Parxomenkonun komandası bu oyunda “Pavia” klubu üzərində 3:2 (19:25, 21:25, 25:17, 25:12, 15:11) hesabı ilə inamlı qələbə qazanıb.
“Dinamo”nun heyətində nəticə etibarı ilə ən səmərəli oyunçular Nataliya Qonçarova (32 xal), Mariya Duskryadçenko (17) və Lesya Maxno (11) olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: