"Parma" bossları çətin vəziyyətə düşdü
24 Oktyabr 2010 Bazar 16:40
Azarkeşlər klub rəhbərliyinə qarşı etiraz aksiyası keçirəcək.
“Parma” azarkeşləri klub rəhbərliyinə qarşı etiraz aksiyası keçirəcək. Apasport.az saytının məlumatına görə, fanatlar “Roma” ilə matçın yerli vaxtla səhər saat 11:30-da başlamasının əleyhinə çıxıb.
Görüşün belə erkən başlamasından incik düşən azarkeşlər qarşılaşma zamanı səhər yeməyi ilə qidalanmağa qərar verib. Belə ki, Şimal tribunasına toplaşanların hamısı buterbrod yeyə-yeyə oyunu izləyəcək. Bu isə klub rəhbərliyinə hələ səhər yeməyinin vaxtı olduğunu işarə etmək anlamına gəlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: