"Park Bulvar"da futbol həyacanı
14 Avqust 2010 Şənbə 20:45
AFFA tərəfindən xüsusi aksiya keçirilib.
Futbolun inkişafı, kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğatının gücləndirilməsi məqsədilə bu gün “Park Bulvar” Alış-Veriş Mərkəzində AFFA tərəfindən xüsusi aksiya keçirilib. Tədbirdə 16 yaşadək fubolçulardan ibarət Azərbaycan yığmasının və 15 yaşadək qızlardan ibarət yığma komandanın üzvləri iştirak edib. Furbol formaları və topları ilə birlikdə ticarət mərkəzinin ərazisində gəzişən gənc futbolçular topla öz məharətlərini göstərməklə ətrafdakıların diqqətini özlərinə cəlb ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar