Paraqvay zəfərə imza atdı
20 İyun 2010 Bazar 18:50
Cənubi Amerika təmsilçisi Slovakiya yığmasını məqlub edib.
Dünya çempionatında daha bir qarşılaşma başa çatıb. İlk turda İtaliya ilə heç-heçə oynayan Paraqvay Yeni Zellandiya ilə sülh bağlayan Slovakiyanı sınağa çəkib. Oyun cənubi amerikalıların üstünlüyü şəraitində başlayıb və 27-ci dəqiqədə hesab açılıb - Enrike Vera fərqlənib.

Hücumlarını davam etdirən Paraqvay 86-cı dəqiqədə fərqi iki topa çatdırıb. Bu dəfə Kristian Riveros rəqib qapısına yol tapıb.

Xal hesabını 4-ə çatdıran Paraqvay ən azı İtaliya - Yeni Zellandiya oyununun sonuna qədər F qrunuda liderliyi ələ alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar