Paraqvay yığmasında istefa
06 İyul 2010 Çərşənbə Axşamı 17:50
Paraqvay baş məşqçisi Xerardo Martino postundan ayrılıb.
Paraqvay yığma komandasının baş məşqçisi Xerardo Martino istefa verib. Argentinalı futbol mütəxəssisi Argentina, Səudiyyə Ərəbistanı və Meksikadan təklif aldığını bildirib. Paraqvay yığması paytaxt Asunsyonda azarkeşlər tərəfindən coşqu ilə qarşılanıb.

Xatırladaq ki, Paraqvay yığması Xerardo Martinonun rəhbərliyi altında tarixində ilk dəfə dünya çempionatının 1/4 finalınadək irəliləyə bilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar