Paralimpiyaçımız Oloxan Musayev Avropa çempionu oldu
21 Avqust 2014 Cümə Axşamı 13:20
İdmançımız Oloxan Musayev avqustun 20-də F56 kateqoriyasında disk atma növündə 41,63 metr nəticə göstərərək qızıl medal qazanıb.
Böyük Britaniyanın Svansea şəhərində atletika üzrə Avropa çempionatı keçirilir.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançımız Oloxan Musayev avqustun 20-də F56 kateqoriyasında disk atma növündə 41,63 metr nəticə göstərərək qızıl medal qazanıb.

Yarışda milli komandamızın 5 üzvü iştirak edir. Yarışa qatılmış üç idmançılarımızdan Oloxan Musayev qızıl, Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medala sahib olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar