Özündə yeni texnologiyaları əks etdirən top - Jabulani
04 Dekabr 2009 Cümə 23:35
DÇ 2010-nun rəsmi topu "JABULANI" adlanır
Bu gün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində “Adidas” və FİFA tərəfindən 2010-cu ildə keçiriləcək futbol üzrə Dünya çempionatının rəsmi topu təqdim olunub. "JABULANI" adını alan top Cənubi Afrika üslubunda hazırlanıb və özündə yeni inqilabi texnologiyaları əks etdirir.

Maraq üçün qeyd edək ki, "JABULANI" Cənubi Afrika xalqlarından biri olan zulusların dilində “bayram etmək” mənasını verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar