Orxan Hüseynzadə yeni təyinat alıb
15 Oktyabr 2010 Cümə 16:45
Orxan Hüseynzadə AÇ-nin ilkin seçmə mərhələsində UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb. Bu barədə ANS PRESS-ə AFFA mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Gürcüstanda təşkil olunacaq 3-cü qrupunun oyunlarında Orxan Hüseynzadə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Bu qrupun oyunları oktyabrın 18-dən 23-dək keçiriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar