"Orxan 2-3 il üzərində çalışsa, mənə çatacaq"
15 Dekabr 2010 Çərşənbə 21:40
Millinin qolkiperi gənc qapıçı Orxan Sadıqlını tərifləyib
Həmişə kefi kök görünən və maraqlı zarafatları ilə hamının diqqətini çəkən Kamran Ağayev yenidən diqqət mərkəzinə düşüb. "Xəzər Lənkəran"ın dünənki məşqində yeni əlcəklərini "təqdim edən" qolkiper artıq əsas heyətdə yer alan gənc həmkarı Orxan Sadıqlı ilə bağlı da fikirlərini bildirib. Millinin qapıçısı Orxanın istedadlı futbolçu olduğunu bildirib: "O, 2-3 il üzərində çalışsa, mənə çatacaq". Bu yerdə söhbətə qoşulan gənc qolkiper isə daha iddialı danışıb: "Çatacaq, ya keçəcək?"

Qeyd edək ki, Orxan Sadıqlının 17 yaşı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar