Onilliyin boksçusu adına döyüş nokautla başa çatdı
09 Dekabr 2012 Bazar 19:54
Menni Pakiao məğlubiyyətlə barışmalı olub.
Meksikalı boksçu Xuan Manuel Markes məşhur filippinli rəqibi Menni Pakiao üzərində qələbə qazanıb. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, 66,68 kq çəki dərəcəsi çərçivəsində ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüşdə meksikalı boksçu rəqibini 6-cı reundda nokauta göndərib. Xuan Manuel Markes qələbə qazanmaqla WBO versiyası üzrə "Onilliyin boksçusu" titulunu qazanıb. Vaxtilə 8 çəki dərəcəsində çempion olan M. Pakiao bu məğlubiyyətlə karyerası ərzində 5-ci məşğlubiyyətini alıb. Markes isə karyerası ərzində 55-ci qələbəsini qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar