On Asiya ölkəsi 2030-cu ilin Dünya çempionatına ev sehibliyi etmək istəyir
19 Yanvar 2011 Çərşənbə 03:05
Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinşapur, Tailand və Filippin birgə müraciət hazırlayır.
Cənubi-Qərbi Asiya ölkələrinin Assosiyasiyası (ASEAN) futbol üzrə 2030-cu il Dünya çempioanıtının keçirilməsi üçün müraciət etmək niyyətindədir. Bu barədə qərar ASEAN-a daxil olan Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinşapur, Tailand və Filippinin xarici işlər nazirlərinin görüşündə qəbul edilib.

“ASEAN ölkələrinin birgə müraciəti bölgəyə yeni beynədxalq səviyyəyə çıxmasına səbəb olacaq və təşkilata üzv ölkələrin vətəndaşlarının həmrəyliyinə yardım edəcək”, - deyə Sinqapurun Futbol Federasiyasının prezidenti Zaynudin Nordin bildirib.

Dünya çempionatlarının tarixində yalnız bir dəfə ev sahibliyini iki ölkə edib. 2002-ci ildə mundial Yaponiya və Cənubi Koreyada keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar