Ölkəmizin aktivinə 2 bürünc medal yazılıb
22 Fevral 2010 Bazar Ertəsi 10:55
Bədii gimnastika üzrə Moskva “Qran-Pri”sində Aliyə Qarayeva uğurla çıxış edir
Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə beynəlxalq Moskva “Qran-Pri”si keçirilir. Yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparırlar. İdmançıların gürz və lentlə hərəkətlərindən sonra komandamız aktivinə 2 medal yazdırıb.
Bədii gimnastımız Aliyə Qarayeva bu növdə 2 bürünc medal qazanıb. İdmançımız Rusiya və Belarus bədii gimnastlarından geri qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar