Ölkəmizdə mərc oyunları bir ayadək reallaşacaq
14 Dekabr 2010 Çərşənbə Axşamı 18:05
Nazir Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb
Azərbaycanda idman mərc oyunları bir ayadək reallaşacaq. Hazırda sənədlər üzərində iş davam etdirilir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, mərc oyunları indiyədək ölkədə qadağan idi.

“İdman haqqında qanuna dəyişiklik edilib, Nazirlər Kabineti sərəncam imzalayıb. Yeni sistem qurmaq bir günlük proses deyil. Öncə vergi məsələləri, o cümlədən udan insanların vergidən azad olunması məsələləri həll edilməlidir”, - deyə nazir qeyd edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar