Ölkəmizdə futbolla məşğul olanların sayı açıqlanıb
04 Oktyabr 2010 Bazar Ertəsi 12:15
Bu aya olan göstərici 13069 nəfərdir.
AFFA tərəfindən yaradılan futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi prosesi uğurla davam etdirilir.

AFFA-dan verilən məlumata görə, sentyabr ayında bu sistemdə qeydiyyata alınanların sayı 11 min nəfərdən artıq olub.

Son məlumata görə, isə Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçmiş üzvlərinin sayı 13069 nəfərə çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar