Ölkəmizdə futbol üzrə Dünya Çempionatı keçiriləcək
19 Mart 2010 Cümə 15:25
Ölkəmizdə futbol üzrə Dünya Çempionatı keçiriləcək. Bu qərarı FİFA qəbul edib.
Bu gün FİFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan futbolu üçün əlamətdar qərar qəbul olunub. AFFA-dan verilən məlumata görə, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında futbol üzrə Dünya Çempionatının final mərhələsi ölkəmizdə keçiriləcək. Bu barədə məlumat FİFA tərəfindən AFFA-ya daxil olub.

Xatırladaq ki, Dünya Çempionatının keçirilməsi ilə bağlı AFFA öz namizədliyini irəli sürərək, tenderdə iştirak etmək üçün tələb olunan sənədləri FİFA-ya təqdim etmişdi. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar