Ölkəmizdə ən yaxşı baş məşqçi və futbolçu seçildi
20 Dekabr 2010 Bazar Ertəsi 13:20
Nominasiyalarda müvafiq olaraq Qurban Qurbanov və Rəşad Sadıqov qalib olub
Başa vurmaq üzrə olduğumuz 2010-cu ilin yekunlarına görə ölkəmizdə ən yaxşı futbolçu və baş məşqçi müəyyənləşib. “Qarabağ” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, “Komanda” qəzetinin media mənsubları arasında apardığı seçim nəticəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ən yaxşı baş məşqçi seçilib. Baş məşqçi 45 səsverəndən 40-nın səsini qazanıb.
Xatırladaq ki, Qurban Qurbanov ötən il də bu nominasiyada birinci olmuşdu.
Ən yaxşı futbolçu adına isə hazırda karyerasını Türkiyənin “Eskişehirspor” klubunda davam etdirən Rəşad Sadıqov layiq görülüb. “Qarabağ”ın futbolçusu Əfran İsmayılov isə ikinci yerə sahib çıxıb.
DOSTLARINLA PAYLAŞ: