Ölkəmizdə baş tutan futzal matçında qapılara 41 qol vuruldu
25 Aprel 2011 Bazar Ertəsi 14:51
“Araz” rəqibini 40:1 hesabı ilə məğlub edib
Futzal üzrə ölkə çempionatının yüksək liqasında, 1-ci dəstədə və həvəskarlar liqasında növbəti turun oyunları keçirilib.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, turun ən bolqollu qarşılaşması “Azecolab” – “Araz” oyunu olub. Bu görüşdə qapılara nə az, nə çox düz 41 qol vurulub. “Azecolab” “Araz”ın 40 dəqiq zərbəsinə cəmi bir dəfə cavab verə bilib. Turun nəticələrini diqqətinizə çatdırırıq:
Yüksək liqa
XVII tur
“Azmetko” – “Qarabağ veteranları” 3:2
“Azecolab” – “Araz” 1:40
“Ekol” – “Neftçi” İSM 0:2
1-ci dəstə
XXI tur
Fırtına - İnteqral 4:2
NTD - FHN 8:2
Olimpik - Əhmədli 0:5 (-:+)
Euro ABM - Baku Fire 4:3
Spartak - Tərəqqi 10:4
Qala - DST 0:1
Neftçi - Admiral 6:3
Həvəskarlar liqası
XVII tur
Bakcell - Veqa 8:2
Sədərək - Ulduz 2:8
Suraxanı - Turan 9:4
DOSTLARINLA PAYLAŞ: