Ölkə birinciliyində 4 nokaut qeydə alındı
27 Dekabr 2010 Bazar Ertəsi 11:15
Boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub
Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son ölkə kuboku yarışlarında finalda uduzmuş Samir Məmmədov (56 kq) bu dəfə mübarizəni yarımfinalda dayandırıb. Dünya və Avropa çempionatının mükafatçısı Elnur Əliyevə 4:10 hesabı ilə uduzub.

91 kq çəki dərəcəsində mübarizə aparan Dünya çempionatının mükafatçısı Elçin Əlizadə də rinqi məğlub tərk edib. O, 2-ci raundda döyüşməkdən imtina edib. Final görüşlərində bir çox çəki dərəcələrində gərgin mübarizənin gedəcəyi gözlənilir. 49 kq çəki dərəcəsində həlledici görüşdə gənclər arasında Dünya birinciliyinin qalibi, Sinqapur Olimpiadasının gümüş mükafatçısı Salman Əlizadə son Avropa çempionatında 2-ci yeri tutmuş Elvin Məmişzadə ilə qarşılaşacaq. 60 kq-da Sinqapur Olimpiadasının daha bir gümüş mükafatçısı Elvin İsayev milli komandanın üzvü Heybətulla Hacəliyevlə üz-üzə gələcək.

Yarımfinal döyüşlərinin nəticələri
49 kq
Salman Əlizadə (Sədərək) 16:3 Kamran Mehdiyev (Rabitə)
Elvin Məmişzadə (Sumqayıt-Sədərək) 9:3 Nurlan Qasımlı (Neftçi)
52 kq
İsmayıl Ağayev (Sədərək) 1:11 Şaban Şahpələngov (Qızıl Əlcək)
İbrahim Əkbəri (Gəncə) – İlkin Ağayev (Rabitə) Nokautla Ağayev qələbə qazanıb
56 kq
Namiq Hüseynov (Neftçi) 2:9 Rəhim Nəcəfov (Rabitə)
Samir Məmmədov (Neftçi) 4:10 Elnur Əliyev (Rabitə)
60 kq
İmil İksanov (Rabitə) 3:9 Elvin İsayev (Rabitə)
Ruslan Qasımov (Neftçi) 0:7 Heybətulla Hacəliyev (Rabitə)
64 kq
Mehdi Mehdiyev (Neftçi) 1:7 Nurlan Məmmədov (Lənkəran)
Anar Cəfərov (Gömrükçü) 3:9 Tamerlan Abdullayev (Rabitə)
69 kq
Əli Məmmədov (DİN İC) 1:4 Emil Məhərrəmov (Rabitə)
Elvin Quliyev (Neftçi) – Sadiq Eynullayev (Rabitə) Nokautla Eynullayev qələbə qazanıb
75 kq
Murad Ağamalıyev (Rabitə-Təhsil) 2:2 Toğrul Dəmirov (Sərhədçi) Qələbə Ağamalıyevə verilib
Rza Əmiraslanov (Spartak) – Rahib Bəylərov (G.Əsədov-Rabitə) Nokautla Bəylərov qələbə qazanıb
81 kq
Kamran Mehdiyev (Rabitə) 5:14 Ramil Əliyev (Rabitə)
Malik Məmmədzadə (Neftçi) 2:8 Vətən Hüseynli (Rabitə)
91 kq
Sərxan Cabbarov (Neftçi) – Elçin Əlizadə (Sədərək) Əlizadə 2-ci raundda döyüşdən imtina edib
Teymur Məmmədov (Rabitə) 9:9 Hafiz İsgəndərov (Neftçi) qələbə Məmmədova verilib
91+ kq
İlqar Allahverdiyev (DİN İC) - Elçin İsmayılov (Neftçi) Nokautla İsmayılov qələbə qazanıb





DOSTLARINLA PAYLAŞ:

oyunlar