Olimpiyaçılarımızdan birini itirdik
19 Fevral 2010 Cümə 17:40
Qaya Bassani Antivari məşq zamanı ciddi zədələnib
Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıların sayı azalıb. Xizəkçi Qaya Bassani Antivari məşq zamanı ciddi zədə alıb.
O, Olimpiya oyunlarının əsas mərhələsində mübarizə apara bilməyəcək. Ölkəmizi oyunlarda cəmi bir xizəkçi - isveçrəli Sedrik Nots təmsil edəcək. Onun çıxışı fevralın 21-də olacaq.
Xatırladaq ki, Qaya Bassani Antivari fevralın 24-də mübarizəyə başlamalı idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: