Olimpiya yığmamız Sinqapura yola düşəcək
06 Avqust 2010 Cümə 23:15
Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanı 12 idmançı təmsil edəcək.
Avqsutun 14-də Sinqapurda yeniyetmələrin 1-ci olimpiya oyunları start götürəcək. Gənclər və İdman Naziri Azad Rəhimov Ölkəmizi yeniyetmə olimpiyadasında təmsil edəcək heyəti bugün qəbul edib.
Bu gün İdman və Gənclər Nazirliyində keçirilmiş tədbirdə avqustun 14-26-sı aralığında Sinqapurda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar ictimaiyyətə təqdim olunub. İdmançılarla görüşdə gənclər və idman naziri Azad Rəhimov, onun müavini İsmayıl İsmayılov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə yanaşı mətbuat nümayəndələri də iştirak edib.
Ümumilikdə 250 ölkədən 3600 idmançının iştrak edəcəyi Olimpiya Oyunları breyzinq trail yəni “Yanar iz” adı altında keçiriləcək. 14-18 yaşlı idmançılar arasında 26 növdə qalib və mükafatçıların adlarına aydınlıq gələcək. İlk dəfə təşkil olunan olimpiadada ölkəmizi 6 növdə 12 idmançı təmsil edəcək. Onlar arasında güləşin sərbəst növünü seçmiş Kənan Quliyevlə Əli Maqomeddabirov, Yunan-Roma güləş növündə çıxış edən Murad Bazarovla Elman Muxtarov, həmçinin qadın güləşində Patimat Baqomedova, eləcə də boksçular Salman Əlizadə, Elvin İsayev, Şaban Şahpələngov var. Bundan başqa ağırlıqqaldırma yarışlarında Nicat Rəhimov, kayak idmanının sprint növündə Radoslav Kutsev, taekvandoda Səbuhi İsmayılzadə və cüdoçu Cəlil Cəlilov da olimpiadanın medallarına iddialıdır.
“Mükəmməllik, Dostluq və Hörmət” devizi altında keçiriləcək olimpiya oyunlarına yollanacaq heyətdə həmçinin 3 hakimimiz də olacaq. Tədbirdə Azad Rəhimov yeniyetmələrimizin olimpiya oyunlarında uğurlu nəticə əldə edəcəklərinə inandığını bildirib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Sinqupura avqustun 12-də yola düşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: