Olimpiya Oyunlarının meşeli Rusiyaya yola salındı
06 Oktyabr 2013 Bazar 14:58
Olimpiya Oyunlarının meşeli Rusiyaya yola salındı. Meşel Rusiya torpağında ümumilikde 65 min kilometr mesafede daşınacaq.
Yunanıstanın Olimpiya dağında alovlandırılan 2014-cü il Qış Olimpiya Oyunlarının məşəli bu gün sahibinə təhvil verilib. Qədim idman oyunlarının vətəni sayılan Afinada Olimpiya məşəli təntənəli şəkildə Soçi Qış Olimpiyadasının təşkilatçılarına təqdim olunub.
Kahinə qiyafəsində aktrisa bu dəfə Panatinayko stadionunda qurulan qazandan Olimpiya məşəlini alışdırıb. Məşəl Rusiya baş nazirinin müavini Dmitri Kozaka təqdim olunub və yol boyu təhlükəsiz şəkildə daşınması, sönməməsi üçün xüsusi hazırlanan çırağın içinə yerləşdirilib.
"Vnukovo" hava limanından məşəl bayker korteji ilə Qırmızı meydana gətiriləcək.
Rusiya torpağında isə ümumilikdə, 65 min kilometr məsafədə daşınacaq. Məşəllə qaçış sabah Moskvada start götürəcək və fevralın 7-də Olimpiya Oyunlarının açılışı üçün Soçidə yekunlaşacaq.
DOSTLARINLA PAYLAŞ: