Olimpiya oyunlarına start verildi
    13 Fevral 2010 Şənbə 10:10
    Mərasimdə mərhum Kumaritaşvilinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    
                	 
    
         Bu gün səhər saatlarında Kanadanın Vankuver şəhərinin “BC Plays” stadionunda XXI Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Olimpiada ərəfəsində məşq zamanı xəsarət alaraq dünyasını dəyişmiş gürcüstanlı idmançı Nodar Kumaritaşvilinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Olimpiya oyunlarının rəsmi himni səsləndikdən sonra ilk sözü Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe söyləyib. O, XXI Qış Olimpiya oyunlarının ədalətli mübarizə şəraitində keçəcəyinə ümid etdiyini bildirib. Mərasimin sonunda Kanadanın general-qubernatoru Mişel Jan Olimpiadanı açıq elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: