Olimpiya oyunları London 2012-nin açılış mərasimi keçiriləcək
27 İyul 2012 Cümə 02:13
Olimpiya oyunları London 2012-nin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcəklər.
Bu gün Londonda XXX yay Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcəklər.

Hər Olimpiya oyunlarının təşkilatçıları özlərindən əvvəlkiləri qabaqlamağa çalışırlar. Britaniyalıların bunu edə bilib-bilməyəcəyi bu axşam məluma olacaq. Açılış mərasiminin ssenarisi gizli saxlanılır. Baxmayaraq ki, mətbuata bəzi məlumatlar sızır. Belə ki, mərasimdə əvsanəvi Pol Makkartninin səhnə alacağı və “The Beatles” qrupunun hiti olan “Hey Jude”ni ifadə edəcəyi məlumdur.

Ən məşhur ingilis futbolçu Devid Bekhem deyib ki, açılış mərasimində ona da rol verilib. O, bu rolun nədən ibarət olduğunu açıqlamayıb.

Açılış mərasiminin büdcəsi 27 milyon funta yaxındır. Şouya rejissor Denni Boyl quruluş verib.

2012-ci Olimpiya oyunlarının açılışı “Möcüzələr adası” adlanır. Orada İngiltərənin tarixindən danışılacaq. Aktyorlardan başqa şouda keçilər, inəklər, qoçlar, toyuqlar, qazlar, atlar və itlər də iştirak edəcəklər.

Olimpiadanın başlanmasına bir neçə gün qalmış təşkilatçılar mərasimin müddətini yarım saat azaltmalı olublar. Onlar şoudan sonra gec saatlarda tamaşaçıların ictimai nəqliyyatla evə gedə bilməyəcəyindən ehtiyat ediblər. Ümumilikdə açılış mərasimini təxminən 80 min adam canlı izləyəcək. Proqnozlara görə, bütün dünyada televiziya tamaşaçılarının sayı dörd milyon nəfərə yaxın olacaq.

Açılış mərasimi yerli vaxtla saat 21.00-da (Bakı vaxtı ilə saat 01.00) başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar