Olimpiya oyunları baş tutmaya bilər
12 Yanvar 2010 Çərşənbə Axşamı 14:30
Olimpiya oyunları baş tutmaya bilər. Kanadanın Vankuver şəhərinə aramsız yağışlar yağır.
Kanadanın Vankuver şəhərində keçirilməsi nəzərdə tutulan qış Olimpiya Oyunları baş tutmaya bilər. Buna səbəb Olimpiyadanın açılış mərasiminin keçiriləcəyi Vankuver şəhərində aramsız yağışların yağmasıdır. Şəhərdə qar təbəqəsinin əriməsi nəticəsində qış turizmi ümumiyyətlə iflic olub.

Olimpiyadanın təşkilatçıları yarışların başlanılmasınadək qar örtüyünün yenidən bərpa olunacağına ümid edirlər.

Xatırladaq ki, XXI qış Olimpiya Oyunlarının fevralın 12-də start götürməsi planlaşdırılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar