Olimpiya mükafatçısı vəfat etdi
12 Fevral 2010 Cümə 15:40
Olimpiya mükafatçısı Kimkembo Kimeli 43 yaşında dünyasını dəyişib
Seul Olimpiadasının bürünc mükafatçısı keniyalı atlet Kimkembo Kimeli vəfat edib. Kimeli 43 yaşında ağ ciyər çatışmazlığından dünyasını dəyişib. O, 1988-ci ildə baş tutan Seul Olimpiadasında 10 min metr məsafəyə qaçış yarışlarında bürünc medal əldə etmişdi.
Keniyalı atlet həmin il baş tutan dünya çempionatının da qalibi adını qazanmışdı.
Ancaq yüngül atletika yarışlarından kifayət qədər qazanc əldə edə bilməyən keniyalı atlet 90-cı illərin sonlarında idmandan uzaqlaşaraq ABŞ-da məskunlaşmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: