Olimpiya məşəli Londona çatdırılacaq
20 İyul 2012 Cümə 02:09
London meri məşəlin olduğu avtobusu idarə etmək arzusuna çata bilməyəcək.
Olimaya məşəli bu gün Londona çatacaq. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, həftə ərzində onu şəhərin bütün rayonlarında gəzdirəcəklər. Estafet Olimiadanın açılışı günü - iyulun 27-də başa çatacaq.

Bu axşam Olimpiya məşəli Gilforddan Londona helikopterlə aparılacaq. Məşəlin Londonun 33 rayonu üzrə gəzintisi şənbə günündən başlanacaq.

Estafetdə ictimai nəqliyyat mühüm rol oynayacaq. İyulun 26-da Olimpiya məşəli Londonun əsas ticarət küçəsi Oksfort-stritdə ikimərtəbəli avtobusla keçəcək. Britaniya KİV-inin məlumatına görə, avtobusun sükanı arxasına Londonun meri Boris Consonun özü əyləşmək istəyrmiş. Lakin ona rədd cavabı verilib. Çünki merin avtobus idarə etmək hüququ yoxdur.

Həftə ərzində iki milyon adamın küçələrə çıxacağı və estafeti izləyəcəyi gözlənilir. Beləliklə, mayın ortalarından Olimaiya məşəlinin Britaniyadakı marşrutunu izləyənlərin sayı 11 milyon nəfərə çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar