Olimpiya çempionumuz ata oldu
06 Dekabr 2012 Cümə Axşamı 12:18
Sidney Olimpiadasının qızıl medalçısı Namiq Abdullayevin ailəsində xoş hadisə baş verib
Azərbaycanın olimpiya çempionu Namiq Abdullayev daha bir arzusuna çatıb. Belə ki, 2000-ci il Sidney Olimpiadasının qızıl medalçısı Namiq Abdullayevin ailəsində xoş hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan güləşinin fəxri olan, Sidney Olimpiadasında əldə etdiyi birinciliklə hər kəsin qəlbində dərin iz buraxan Namiq Abdullayev ata olub. Bir neçə il əvvəl ailə quran idmançımız ata olacağı günü səbirsizliklə gözləyirdi. Dünən onun qız övladının dünyaya gəlməsi haqda xəbər bütün dostlarını da sevindirib.

Qeyd edək ki, N. Abdullayev indiyə kimi Olimpiya yarışlarında ən yüksək nəticə göstərən Azərbaycan idmançısıdır. O, Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar