Olimpiya çempionumuz ABŞ-a yollanır
12 Mart 2012 Bazar Ertəsi 16:54
Birləşmiş Ştatların Tuson şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək.
Stend atıcılığı üzrə dünya Kuboku yarışlarında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Tuson şəhərində keçiriləcək stend atıcılığı üzrə dünya Kuboku yarışlarında iştirak edəcək Azərbaycan milli komandasına 3 idmançı cəlb edilib. Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışda baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Olimpiya çempionu Zemfira Meftahəddinova, Elvin İsmayılov və Emin Cəfərov birincilik uğrunda mübarizə aparacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar