Olimpiya çempionu Elnur Məmmədli yenidən zədələnib
04 İyul 2010 Bazar 16:55
Elnur Məmmədli dizindən xəsarət alıb.
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli zədələnib. Bu haqda Lent.az-a hazırda Rusiyanın paytaxtı Moskvada olan 22 yaşlı idmançımızın özü məlumat verib. Onun sözlərinə görə, iyulun 3-də Moskvada start götürən “Böyük dəbilqə” turniri öncəsi dizindən xəsarət alıb. Bu səbəbdən, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi turnirdə çıxış edə bilməyəcək.

Qeyd edək ki, artıq 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli “Böyük dəbilqə”də ilk görüşünü macarıstanlı Laslo Soknyayla keçirməli idi. Məmmədli Pekin olimpiadasında qızıl medal qazandıqdan sonra məhz dizindəki zədə üzündən uzun müddət heç bir yarışda iştirak etməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar