Olimpiya çempionu Elnur Məmmədli evləndi
04 Aprel 2010 Bazar 03:15
Olimpiya çempionu Elnur Məmmədli evləndi. Ölkənin idman elitasının çoxsaylı nümayəndələrinin iştirak etdiyi toyda Abbas və Zamiq oxuyub.
Ötən gün Bakıdakı şadlıq saraylarından birində cüdo üzrə Avropa çempionu Elnur Məmmədlinin toyu olub.

Elnur və Nərminin toyunda ölkənin idman elitasının çoxsaylı nümayəndələri iştirak ediblər. Qonaqlar arasında millət vəkilləri, ayrı-ayrı idman federasiyasının təmsilçiləri də olub.

Qonaqları yerli şou-biznes ulduzlarından Abbas və Zamiq, eləcə də bir neçə başqa müğənni əyləndirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar