Olimpiya çempionu 38 yaşında idmana döndü
08 Fevral 2011 Çərşənbə Axşamı 17:20
Klaudiya Pexştaynın diskvalifikasiya müddəti başa çatıb
Beşqat Olimpiya çempionu, konkisürmə üzrə idman ustası Klaudiya Pexştayn 38 illik fasilədən sonra böyük idmana döndüyünü bəyan edib. ANS PRESS-in “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, alman idmançı fevralın 12-də aktiv şəkildə məşqlərə başlamağı planlaşdırır.

İdmançı Almaniyanın Erfyurt şəhərində keçiriləcək beynəlxalq yarışda və ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçiriləcək Dünya çempionatında iştirak etmək ümidindədir.

Xatırladaq ki, Klaudiya Pexştayn Beynəlxalq Konkisürmə Birliyi (İSU) tərəfindən dopinq istifadə etdiyi üçün 2009-cu ilin fevral ayında iki illiyinə diskvalifikasiya edilmişdi. Almaniyalı idmançı ümumilikdə 9 Olimpiya medalı əldə edib. Bu medallardan 5-i qızıl, 2-si gümüş, 2-si isə bürüncdür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar