Quba Olimpiya kompleksində Premyer liqanın yeni mövsümünə hazırlaşan paytaxtın “Olimpik-Şüvəlan” klubu növbəti yoxlama oyununu keçirib. Peşəkar Futbol Liqasının rəsmi saytında verilən məlumata görə, “Muğan” komandası ilə üz-üzə gələn ”təyyarəçilər” Salyan təmsilçisinin müqavimətini qıra bilməyib.
1-1 hesabı ilə başa çatan qarşılaşmada hər iki qol ilk hissədə vurulub. “Olimpik”in heyətinə yeni transfer olunmuş Anatoliy Doroşov, “Muğan” klubunundan isə Arif İsayev fərqləniblər.