"Olimpik-Şüvəlan"ın adı dəyişdirildi
13 İyul 2010 Çərşənbə Axşamı 01:35
Futbol klubu bundan sonra “AZAL” PFK adlanacaq.
Bakının "Olimpik-Şüvəlan" klubu PFL-ə rəsmi məktub ünvanlayıb. Məktubda bildirilir ki, "Olimpik-Şüvəlan" PFK-nın təsisçiləri və rəhbərliyinin ümumi qərarına əsasən klubun adı dəyişdirilərək "AZAL" PFK olub. Bununla əlaqədar sənədlərin tərtib olunduğu və yaxın günlərdə qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndəriləcəyi bildirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar