Olimpiadaya daha bir zərbə
22 Fevral 2010 Bazar Ertəsi 16:20
İsveçrəli bobsleyçi yarışların əsas mərhələsindən imtina edib
İsveçrəli bobsley idmançısı Daniel Şmid Vankuver Qış Olimpiadasında əsas mərhələdə iştirak etməkdən imtina edib. İdmançı buna səbəb kimi yarışların keçiriləcəyi meydanın sürüşkən və təhlükəli olması ilə əlaqələndirib.

Xatırladaq ki, “Ağ Olimpiada”nın startına bir qədər qalmış məşhur isveçrəli bobsleyçi Beat Hefti başından zədə alaraq çıxışlarını yarımçıq dayandırmışdı. ANSPESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar