Olimpiadaya 40-cı lisenziyanı qazandıq
28 Aprel 2012 Şənbə 12:29
Uğurlu nəticə sərbəst güləşçi Xetaq Qazyumovdan gəlib
XXX Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı 96 kq çəkidə sərbəst güləş yığmamızın üzvü Xetaq Qazyumov qazanıb. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Qazyumov ardıcıl olaraq, alman William Harthı (0:1, 1:3), slovak Jozef Jaloviarı (0:2, 0:4) və ukraynalı Valerii Andriitsevi (1:0, 1:0) məğlub edərək finala yüksəlib. Finala yüksəlməklə güləşçimiz yığmamıza 11-ci Olimpiya lisenziyasını qazandırıb. Finalda Xetaq Qazyumov rəqibi qırğızıstanlı Magomed Musaevə də qalib gələrək turniri birinci sırada tamamlayıb.

Xatırladaq ki, bu idmançılarımızın London Yay Olimpiya Oyunlarına qazandığı sayca 40-cı lisenziyadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar