Olimpiadanın Təşkilat Komitəsi Azərbaycandan üzr istədi
27 İyul 2012 Cümə 19:05
Səmayə Məmmədova: “Özləri etiraf etdilər ki, burada bəzi texniki səhvlər olur".
2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Azərbaycan nümayəndə heyətindən rəsmi qaydada üzr istəyib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, Təşkilat Komitəsi Rusiya Olimpiya yığmasında yer alan erməniəsilli boksçu David Ayrapetyanın doğum yeri kimi Bakı şəhərinin səhvən Rusiya ərazisi kimi göstərildiyini etiraf edib. Buna baxmayaraq səhv hələ ki, aradan qaldırılmayıb.

“Özləri də etiraf etdilər ki, burada bəzi texniki səhvlər olur, üzürlü sayın. Onlar mənə bildirdilər ki, nəsə başqa bir məqam olsa, xahiş edirik bizimlə əlaqə yaradın”, - deyə o vurğulayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar