Olimpiadanın ilk qızıl medalı qazanıldı
14 Fevral 2010 Bazar 01:30
İsveçrəli Simon Amman tramplindən tullanma üzrə Olimpiya çempionu oldu
Vankuverdəki Olimpiya oyunlarında ilk medallar qazanılıb. İsveçrəli Simon Amman tramplindən tullanma üzrə Olimpiya çempionu olub. Bu, isveçrəli xizəkçinin üçüncü Olimpiya medalıdır.
Qızıl medallar uğrunda mübarizə dörd atlet arasında gedib. Simon Amman iki cəhddən sonra 279,5 bal toplayaraq, Olimpiya çempionu olub. İkinci yeri polşalı Adam Malış, üçüncü yeri isə avstriyalı Qreqor Şpirentsauer tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: