Olimpiadada lider dəyişdi
23 Fevral 2010 Çərşənbə Axşamı 11:40
Almaniya yığma komandası ümumi komanda hesabında liderliyi ələ keçirib
Kanadanın Vankuver şəhərində Qış Olimpiya Oyunları davam edir. Almaniya idmançıları son gündə qazandıqları qızıl medallar hesabına ümumi komanda hesabında ABŞ komandasını geridə qoyaraq liderliyi ələ keçiriblər.

Almaniya idmançıları 7 qızıl, 9 gümüş və 5 bürünc medal əldə ediblər. ABŞ komandası isə 7 qızıl, 7 gümüş və 10 bürünc medal əldə edib. Avropa təmsilçiləri medalların sayına görə deyil, əyarına görə ABŞ komandasını üstələyir.

Norveç idmançıları əldə etdikləri 6 qızıl, 3 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında 3-cü yerdəki mövqelərini bir qədər də möhkəmləndiriblər. İlk onluqda müvafiq olaraq Cənubi Koreya, Kanada, Avstriya, İsveç, Hollandiya, Çin və Rusiya komandaları yer alır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar