Olimpiadada idmançılara şpris və iynə saxlamağa qadağan edildi
08 İyul 2011 Cümə 22:46
Çünki bu avadanlıq dopinq və narkotiklər qəbul edilməsi ilə assosiasiya olunur.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarının iştirakçıları tərəfindən dopinq qəbul edilməsi üçün istifadə oluna biləcək iynə, şpris və digər tibbi avadanlıq saxlamağı qadağan edib.
İdmançıların yaşayış yerlərində, soyunub-geyinmə, yarış və məşq yerlərində bu cür avadanlığın xüsusi tibbi icazə olmadan saxlanılması qadağan edilib. Velosiped idmanı, avarçəkmə və gimnastika üzrə beynəlxalq federasiyalar bu cür qadağaları daha əvvəl tətbiq ediblər. İndi isə Beynəlxalq Olimpiya Komitəsi həmin qadağanı idmanın bütün növlərinə şamil edib.
BOK Tibbi Komissiyasının rəhbəri Arne Yunqkvistin sözlərinə görə, idmançıların iynələr saxlaması idmanın imicinə zərər gətirir. Çünki bu avadanlıq dopinq və narkotiklər qəbul edilməsi ilə assosiasiya olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: