151 kq ştanqı qaldıra bilməyən qadın idmançı idman alətinin altında qaldı.
Londonda keçirilən Olimpiya oyunlarında gərgin anlar yaşanıb. Belə ki, ağırlıqqaldırmada özünü sınağa çəkən 75 kq çəkiyə malik misirli qadın idmançı Halil Mahmud Abir Abdelrəhman 151 kq ağırlığı qaldırmağa çalışarkən ştanqın altında qalıb.
İdmançı az müddətdə nəfəs ala bilməyib. Lakin o, komanda üzvlərinin yardımı ilə xilas edilib. Meydandan təkərli araba ilə çıxarılan idmançının vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Xatırladaq ki, ötən gün də buna bənzər hadisə baş vermişdi. Cənubi koreyalı idmançı Caehyouk Sa 162 kq-lıq ştanqı qaldırarkən dirsəyi ağırlığa tab gətirməyib və bayıra tərəf bükülüb.