Olimpiadada cüdoçumuz İlqar Müşkiyev erməni rəqiblə qarşılaşır
28 İyul 2012 Şənbə 14:32
Cüdoçu İlqar Müşkiyev Olimpiadada ilk medalımızı qazana bilər.
Bu gün London Olimpiadasında ilk idmançımız mübarizəyə başlayır. ANS PRESS-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu İlqar Müşkiyev 1/16 final mərhələsində erməni Ovanes Davtyanla münasibətlərinə aydınlıq gətirir. Qeyd edək ki, erməni cüdoçu 1/32 final mərhələsində alman Tobias Enqlemarı mübarizədən kənarlaşdırıb. İlqar Müşkiyev isə bu mərhələdən azad idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar