Olimpiadada Azərbaycan üçün daha bir ilk
05 Avqust 2012 Bazar 10:42
Qadın boksunda olimpiadalardakı ilk təmsilçimiz bu gün mübarizəyə başlayır.
Bu gün London Yay Olimpiya oyunlarında qüvvəsini sınamaq şansı qazanan boks yığmamızın daha iki üzvü rinqə çıxacaq. Azerisport.az xəbər verir ki, bunlar 91 kq çəki dərəcəsində yarışan Teymur Məmmədovla qadınların yarışında mübarizə aparacaq Yelena Vıstropovadı (75 kq).
Qeyd edək ki, qadın boksunda Olimpiadalardakı ilk təmsilçimiz olan Vıstropova mübarizəyə birbaşa 1/8 finaldan başlayır. Onun rəqibi isə Edit Oqokedi (Nigeriya). Bu döyüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Teymur Məmmədova gəlincə, o, 1/4 finala çıxmaq üçün bu dəfə Belarusdan olan Sergey Korneyevi mübarizədən kənarlaşdırmalıdı. Maraq üçün qeyd edək ki, Teymur əvvəlki mərhələdə avstraliyalı boksçunu 12:11, Korneyev isə ekvardorlu rəqibini 21:12 hesabı ilə məğlub edib. Teymurun bu rəqibi ilə döyüşü Bakı vaxtı ilə gecə saat 02:00-da baş start götürəcək.
DOSTLARINLA PAYLAŞ: